Telegram Group Search
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Salam olsun sənə, ey Hüseynin intiqamını alan! 💖

İlahi, bu günün sübhündə, yaşadığım günlərdə onunla bağladığım əhdi, boynumda olan beyətini təzələyirəm və heç vaxt o beyətdən əl çəkmərəm.

Allahım, Zamanın Sahibinin (ə.s) zühurunu tezləşdir!

Cümənin bərəkəti və məğfirəti sizlərə olsun, əziz Müntəzirlər!🌸🍃

www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
This media is not supported in your browser
VIEW IN TELEGRAM
40 saniyə ərzində gələn 30 nəfərə hədiyyəmiz var🎉Toxun qazanan sən ol! Şansını qaçırma🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
Forwarded from NURUS_SƏQƏLEYN_313 (Qarib- Əl-Quraba)
5- ci günün duası :

Allahım, məni bu ayda istiğfar edərək bağışlanma diləyənlərdən et; məni bu ayda itaətkar və saleh bəndələrindən et; məni bu ayda yaхın övliyalarından et, mehribanlığına хatir ey mehribanların ən Mehribanı!

Allah tutduğunuz orucları qəbul etsin. Amin ! 🌸🍃

https://www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313
📚 QƏLBİ SƏLİM


📌 QƏLB XƏSTƏLİKLƏRİNDƏN BİRİ OLAN PAXILLIQ

Qəzetlər yazır ki, Isveçrə həkimlərindən ibarət bir qrup təşkil olunmuşdur və bu qrup paxıllığın müalicəsini tapmaqla vəzifələndirilmişdir. Bu onu göstərir ki, tibb alimləri paxıllıq və həsədi başəriyyətin sağlamlığını təhdid edən xəstəliklərdən biri hesab edirlər. Yəni məsələn, xərçəng kimi xəstəliklərin müalicə yollarını axtardıqları kimi paxıllığın da müalicə yollarını axtarırlar. Biz bu həkimlərin necə və hansı vasitələrlə işlədiklərini bilmirik. Yaxud bu işdə müvəffəq olub olmayacaqlarını da qabaqcadan söyləya bilmərik. Lakin, hər nə olursa-olsun, bu müqəddəs fikrin sırf meydana gəlməsi belə böyük bir ümid yaradır. Bəşəriyyət paxıllıq xəstəliyi ilə uzun illərdir k, tanışdır. Lakin, hələ də, onun müalicə üsulunu tapmamışdır. Evlər yıxan və bədbəxtlik gətirən bu xəstəliyin hansı dərmanla sağalacağını bilən yoxdur. Hətta şəriət və dinlərin təlim və tövsiyələri də bu yönümdə bacarıqsızdır. Əxlaqi tövsiyələr bu xəstəliyin çarə yolunu göstərə bilmir. Paxıl adamların daxilindən alovlanan bu fəsad atəşi insanlığı həmişə incitmişdir. Bizim fikrimizcə həsəd və paxıllıq xərçəng xəstəliyindən daha təhlükəlidir. Çünki, xərçəng bir il müddətində yüzlərlə insanı həlak edə bilir. Paxıllıq isə bircə saniyədə milyonlarla insanı məhv etməyə qadirdir. Müharibələrlə zəngin olan bir çox tarixi hadisələr paxıllıqdan qaynaqlanmışdır.
2-ci Dünya müharibəsində məlum qətliamlara və faciələrə səbəb olmuş Hitler haqqında yazırlar ki, o çox paxıl bir şəxs imiş. Hətta ətrafındakılardan hansınınsa gözəl geyimi onu haldan çıxarırmış. O öz müsahibələrindən birində demişdi: Qocalmağıma və gənclərin gəlib mənim yerimi tutmağına dözə bilmirəm.
Tarixçilərdən biri deyirdi: Hitlerin bu qədər qırğın törətməsinin səbəbi onun həsədi və paxıllığı idi. O belə qəddar hərəkətlərlə daxilindəki paxıllıq odunu sakitləşdirmək istəyirdi.

www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
6-cı günün duası

Allahım, bu ayda Sənə qarşı olan itaətsizliyə görə məni tərk etmə, məni intiqam qamçınla vurma, məni Sənin qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdır, Öz lütf və qüdrətinə хatir, ey istəyənlərin istəklərinin sonu!

Allah tutduğunuz orucları qəbul etsin. Amin ! 🌸🍃

https://www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313
QƏRB ALƏMİNƏ SƏYAHƏT
(Ölümdən sonra nələr baş verəcək?) ‼️

YENİDƏN AİLƏYƏ BAŞ ÇƏKMƏYİM

İstər istəməz cümə günü öz əhli-əyalımın mənzilinə getdim. Gördüm ki, həyat yoldaşım ərə gedib, öz ərinin qulluğunda dayanıbdır. Övladlarım isə hərəsi bir yerə dağılıblar. Ağac budağında bir müddət əyləşdikdən sonra məyus halda qalıb oradan uzaqlaşdım. Gəlib küçənin yaxınlığındakı divarda əyləşdim. Gəlib gedənlərə nəzər saldım. Onlar öz işlərini, alış verişlərini bir-birlərinə hekayət edirdilər. Bu səhnələri görüb ürəyim ağrıdı və öz-özümə dedim: "Yaxşı olardı ki, adam həyatda olduğu müddətdə öz taleyi və qarşıda olan belə bir gün haqqında fikirləşəydi və bütün vaxtını öz nəfsani istəklərinə, arvad-uşağın xahişlərinə sərf etməyəydi!"
"Dünya necə də qəflət və cəhalət yurdudur?!»

Kişinin öz arvad-uşağına olan ehtiyacı necə də rüsvay edicidir Həmişə kişisinə tamah gözü ilə baxan arvad, indi al-ayağım yer və göydən üzüldüyü bir vaxtda vəfasızlıq edir, məni yada salmır.
İslam Peyğəmbəri (s) insanlara xəbərdarlıq edərək buyurmuşdur: "Axiruz-zamanda kişi öz zövcəsinin əli ilə həlakətə çatacaqdır. Əgər zövcəsi olmasa, öz qohum-əqrəbasının və övladlarının əli ilə həlak olacaqdır".
Amma nə faydası? Ayıq-sayıq olmadıq və öz aqibətimizin fikrini çəkmədik. Təsadüfən, gördüm ki, təzə evlənmiş nəvələrim qarşıdakı evin eyvanında əyləşib meyvə yeyir, söhbət edirlər. Onlardan biri dedi: "Bu meyvənin ağacını babamız əkibdır. İndi o, torpaq altında çürüyüb. Biz ise onun əkdiyi ağacın məhsulunu yeyirik".
Başqa biri deyirdi: "Ey bədbəxt O, İndi cənnətdə bu üzümdən də yaxşı meyvələr yeyir. Allah ona rəhmət eləsin. Uşaqlığımızda bizimlə nə qədər zarafat edərdi."
Başqa biri deyirdi: "Doğrudur, doğrudur, bizi çox istəyirdi. Bəzən pul verib bizi sevindirərdi. Allah onu sevindirsin."
Başqası dedi: Biz nə zaman kitab, dəftər-qələm istəsəydik, bizim üçün alardı. Ata-anamız isə bizə diqqət yetirməzdilər."
Başqa biri dedi: "Həqiqətdə bizi o savadlı etmişdir, çünki özü də savadı idi və elmdən də xoşu gəlirdi. Bu gün cümə axşamıdır. Yaxşı olar ki, hərəmiz Quranın bir surəsini oxuyaq. Mən İnsan surəsini oxuyuram. Sən də Duxan surəsini oxu."
Onlar Quran oxuyub qurtarana kimi orada dayandım. Çox şad olub, onlar üçün bərəkət duası oxudum. Sonra uçub getdim.

www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
📚 QƏRB ALƏMİNƏ SƏYAHƏT
(Ölümdən sonra nələr baş verəcək?)‼️

MƏNZİLƏ QAYIDIŞ

Gəlib gördüm ki, Hadi atı gətirib belinə də bir xurcun bağlayıbdır və hərəkət etməyə hazırlaşır.
Dedim: "Bu xurcun haradandır?
Dedi: "Bir mələk gətirib dedi ki, onun bir tərəfində xanım Zəhradan (ə.s) bir hədiyyə vardır ki, ona aid olan «Duxan surəsinin təsiri nəticəsində göndərmişdir. O biri tərəfində isə həzrət Əli ibn Əbu Talibdən (ə.s) bir hədiyyə vardır ki, ona aid olan «Insan» surəsinin təsiri nəticəsində göndərmişdir. Bizə göstəriş veriblər ki, Bərəhutdan uzaqda olan bir yolla hərəkət edək ki, onun zəhəri bizə çatmasın."
Dedim: "Hadi, məgər biz xurcunun ağzını açıb baxmamalıyıq ki, onların hədiyyəsi nədən ibarətdir?"
Dedi. "Xülasə, bu yolda ehtiyac duyulan şeylərdir və hər vaxt ehtiyac duyulsa açılacaqdır. İstəyirsənsə, yola düşək."
Dedim: Bəli!

www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
7-ci günün duası :

🤲🏻 Allahım, mənə bu ayın orucunu tutmağa və ibadət edərək gecələrini oyaq qalmağa kömək et, bu ayda onun günah və büdrəmələrindən uzaqlaşdır, Səni davamlı zikr etməyi mənim ruzim et, istədiyini müvəffəq etməyinə хatir, ey yolunu azmışların bələdçisi!

Allah tutduğunuz orucları qəbul etsin. Amin ! 🌸🍃

https://www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313
🏴🕊 Məsumların hədislərdə İmam Mehdi (ə.f)🕊🏴

📌 İmam Rza (ə.s) buyurub: Vərə'si (təqvası) olmuyanın dini, Təqiyyəsi olmuyanın isə imanı yoxdur. Həqiqətən, Allah yanında ən hörmətliniz təqiyyəsi olandır.
İmama (ə) deyildi: Yəbnə Rəsulullah (təqiyyə) nə zamana kimi olacaq?
İmam (ə) buyurdu: Məlum olan vaxta kimi, və o gün isə biz Əhli-beytin Qaiminin (ə.f) çıxışı ilə olacaqdır. Hər kim bizim Qaimimizin (ə.f) çıxışından əvvəl təqiyyəni tərk edərsə, bizdən deyil.
İmama (ə) deyildi: Yəbnə Rəsulilləh Qaim siz Əhli-beytdəndir (ə)?
İmam (ə) buyurdu: Övladım (Təqinin ə.s.) 3-cü övladı və Seyyidətul-İma' nın (Xanım Nərcisin) oğludur. Allah Onunla (ə.f) yer kürəsinin bütün zülm və adələtsizliyindən paklayacaqdır.

📚Şeyx Səduq (r.ə) - "Kəmalud-din" səh.346, h.5

📌Qeyd: "Təqiyyə" - Müxaliflərin yanında canına, malına və namusuna gələ biləcək təhlükədən öz imanını(şiəliyini) gizlədib, onlar kimi ibadət etməyidir.

www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
Xatırladaq ki, ziyarətdən gələn gəlir son qəpiyinə qədər ehtiyaclı ailələrə xərclənir! Həyyə əla xeyrul əməl-xeyir əməl!
8-ci günün duası :

🤲🏻 Allahım, bu ayda mənə yetimlərə mehribançılığı, aclara təam verməyi, salamı aşkar etməyi və kəramət əhli ilə oturub-durmağı nəsib et, ətalarına хatir ey arzu edənlərin sığınacağı!

Allah tutduğunuz orucları qəbul etsin. Amin ! 🌸🍃

https://www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Güney Afrikalı siyasətçi : "İsrail Fələstində soyqırım, etnik təmizləmə aparır. Netanyahu haqqında cəza məhkəməsi başlamalıdır...."
Forwarded from NURUS_SƏQƏLEYN_313 (Qarib- Əl-Quraba)
9-cu günün duası :

🤲🏻 Allahım bu ayda mənə Öz geniş rəhmətindən bir pay ver, məni Özünün parlaq dəlillərinə hidayət et, hərtərəfli razılığına tərəf yönəlt, məhəbbətinə хatir ey həsrətini çəkənlərin arzusu!

Allah tutduğunuz orucları qəbul etsin. Amin ! 🌸🍃

https://www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313
This media is not supported in your browser
VIEW IN TELEGRAM
”Ey qəlblərin dəyişməsini və gözlərin hərəkətini idarə edən Allah!
Ey gecəni gündüzlə ard-arda əvəzləyən Allah!
Ey vaxtları və əhvalları dəyişdirən Allah!
Bizim halımızı yaxşılığa doğru dəyiş!“.

Yeni gününüz və iliniz mübarək olsun, əziz kanal üzvləri! 🌸

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası 2024-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb.

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək.

www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gözləntiləri azaltmalıyıq !
Forwarded from NURUS_SƏQƏLEYN_313 (Qarib- Əl-Quraba)
10-cu günün duası

🤲🏻 Allahım məni bu ayda Sənə təvəkkül edənlərdən, Sənin yanında kama çatan və uğur əldə edənlərdən və Sənin dərgahına yaхın olanlardan et, ehsanına хatir ey aхtaranların hədəfi!

Allah tutduğunuz orucları qəbul etsin. Amin !
🌸🍃

https://www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313
Media is too big
VIEW IN TELEGRAM
Xanım Xədiceyi Kubranın vəfatı səbəbiylə Başda Zamanın İmamına (ə.f) və bütün müsəlmanlara başsağlığı veririk!
Media is too big
VIEW IN TELEGRAM
İlahi, bu acizliyimizə rəhm et, bizə qəzəb etmə!😢
📚ARİFLƏRİN HÜZURUNDA


DUALARIMIZ NİYƏ QƏBUL OLMUR?

📌 Böyük əxlag ustadı Cavadi Amuli bu barədə deyir: "Çünki, bizim diqqətimizin bir hissəsi Allaha, qalan hissəsi isə bağlılıqlarımıza, qüdrətimizə və digər şeylərədir. Insan həm həkimə, həm dərmana, həm falçıya və həm də Allaha ümid bağlayıb İlahi, şəfa ver!" - deyərsə, aydındır ki, bu cür dua olmadığından onun qəbul olma ehtimalı da çox azdır"

www.tg-me.com/NURUS_SƏQƏLEYN 313/com.Nurus_Seqeleyn_313

🕊 Hər şey zuhur üçün! 🕊
2024/04/27 20:40:44
Back to Top
HTML Embed Code: